...

Azərbaycan Mərkəzi Bankı 2011-ci ildə qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün bütün imkanlara malikdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2011 20:35 (UTC +04:00)
Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı 4 dəfə, ixrac 15 dəfə, valyuta ehtiyatları 31 dəfə artıb. Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov 2010-cu ilin yekunlarına həsr olunmuş geniş iclasda çıxışı zamanı deyib, - AMB-nın məlumatında deyilir.
Azərbaycan Mərkəzi Bankı 2011-ci ildə qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün bütün imkanlara malikdir

Azərbaycan, Bakı, 25 yanvar/Trend, müxbir N.İsmayılova/

Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı 4 dəfə, ixrac 15 dəfə, valyuta ehtiyatları 31 dəfə artıb. Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov 2010-cu ilin yekunlarına həsr olunmuş geniş iclasda çıxışı zamanı deyib, - AMB-nın məlumatında deyilir.

Onun sözlərinə görə, bu davamlı inkişaf makroiqtisadi sabitlik şəraitində əldə olunub - orta illik inflyasiya 7 faiz, manatın məzənnəsinin orta illik dəyişməsi tempi isə 1 faiz ətrafında olub. Belə bir mühitdə ölkənin maliyyə sektorunun əsas göstəriciləri 15-20 dəfə artıb.

İclasda həmçinin qeyd edildi ki, 2010-cu ildə AMB makroiqtisadi sabitliyi olduqca mürəkkəb qlobal iqtisadi mühitdə qorunub. Makroiqtisadi sabitlik, bank sektorunda maliyyə sabitliyi və iqtisadi artım sahəsində əldə olunmuş nəticələr göstərir ki, Mərkəzi Bank bu məsuliyyətin öhdəsindən uğurla gələ bilib.

Bundan əlavə iclasda ipoteka kreditləşməsi, valyuta ehtiyatlarının idarə edilməsi, ötən starteji dövrdə bank sektorunun vəziyyəti, digər mühüm vəzifələr geniş təhlil edilib. Hesabat dövründə Maliyyə Monitorinq xidməti sahəsində qanunvericilik təkmilləşdirilib, valyuta ehtiyatlarının idarə edilməsində təhlükəsizlik prinsipini əsas götürən konservativ idarəetmə 2010-cu ildə də davam etdirilmiş, bank nəzarəti öz fəaliyətini Mərkəzi Bankın əsas mandatlarından biri olan bank sektorunun sabitliyi və davamlı inkişafının təmin edilməsi istiqamətində qurmuş, Mərkəzi Bank effektiv bank tənzimləmə institutu statusunu təsdiq etmiş, böhranın öhdəsindən uğurla gəlmiş, sektorun maliyyə sabitliyini və dayanıqlığını qoruyub saxlayıb.

Rüstəmov növbəti strateji dövrdə Mərkəzi Bankın qarşısında duran vəzifələri də açıqladı. Qarşıdakı strateji dövrdə əsas diqqətin böhrandan sonrakı inkişafa yönəldilməsinin vacibliyini qeyd edən Rüstəmov bildirdi ki, stabilləşmə və antiböhran insititutu olaraq Mərkəzi Bank buna hazır olmalıdır. Onun sözlərinə görə cari ildə də makroiqtisadi sabitlik, ilk növbədə qiymətlərin sabitliyi qorunmalıdır. Mərkəzi Bank bütövlükdə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadi diversifikasiya kimi uzunmüddətli strateji bir xəttin həyata keçirilməsində hökumətə dəstək verməlidir. 2011-ci il ərzində də Mərkəzi Bank bank sektorunda maliyyə sabitliyinin qorunması və idarə olunması, habelə maliyyə sektorunun inkişafının təşviqi potensialının artırılmasını, nağd pul dövriyyəsinin təşkili və tənzimlənməsinin beynəlxalq standartlaşmasını təmin etməlidir. Həmçinin 2011-ci ilin prioritetləri sırasında ödəniş sisteminin arxitekturasının modernləşdirilməsi, elektron hökumət konsepsiyası ilə bağlı hökumət tərəfindən təsdiq olunmuş bütün proqramlara Mərkəzi Bankın fəaliyyətinin daha geniş inteqrasiyası da yer alıb.

Ümumi müzakirələr bir daha göstərdi ki, Mərkəzi Bank növbəti strateji dövrdə qarşıya qoyduğu məqsədlərə çatmaq üçün bütün imkanlara malikdir, - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti