...

"Azərbaycan Hava Yolları" QSC Türkiyəyə yeni müntəzəm reys açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2011 13:17 (UTC +04:00)
"Azərbaycan Hava yolları" QSC bu ilin 18 martından etibarən Bakı-İzmir-Bakı marşrutu üzrə yeni J2041/042 müntəzəm uçuş reysini açacaq. Bu barədə Trend-ə QSC-dən məlumat verilib.
"Azərbaycan Hava Yolları" QSC Türkiyəyə yeni müntəzəm reys açır

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava yolları" QSC bu ilin 18 martından etibarən Bakı-İzmir-Bakı marşrutu üzrə yeni J2041/042 müntəzəm uçuş reysini açacaq. Bu barədə Trend-ə QSC-dən məlumat verilib.

Reys bazar ertəsi və cümə günləri "Airbus-320" təyyarələri ilə həyata keçiriləcək. Təyyarə Bakıdan 10:55-də uçacaq və İzmirə 11:55-də çatacaq (yerli vaxtla). İzmirdən təyyarə 12:55-də çıxacaq, paytaxta isə Bakı vaxtı ilə 17:35-də gələcək.

Birtərəfli biletin qiyməti 166 avro, gediş-gəliş üçün isə 272 avrodur.

Yanvarın 26-na olan rəsmi məzənnə 1,092 AZN/EUR təşkil edir.

Xəbər lenti

Xəbər lenti