...

Azərbaycanın "Bakı-Tbilisi-Qars" layihəsi üzrə Gürcüstana ayırdığı kreditin faiz dərəcəsi artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2011 15:31 (UTC +04:00)
"Bakı-Tbilisi-Qars" dəmir yolunun Gürcüstandan keçən hissəsinin tikintisi çərçivəsində kreditin fazi dərəcəsinə yenidən baxılacaq. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin cümə axşamı yayılan məlumatında deyilir. Xüsusilə, faiz dərəcəsinin 5 faizə çatdırılması nəzərdə tutulub.
Azərbaycanın "Bakı-Tbilisi-Qars" layihəsi üzrə Gürcüstana ayırdığı kreditin faiz dərəcəsi artacaq

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

"Bakı-Tbilisi-Qars" dəmir yolunun Gürcüstandan keçən hissəsinin tikintisi çərçivəsində kreditin fazi dərəcəsinə yenidən baxılacaq. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin cümə axşamı yayılan məlumatında deyilir. Xüsusilə, faiz dərəcəsinin 5 faizə çatdırılması nəzərdə tutulub.

Bir müddər əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-dəki mənbənin qeyd etdiyi kimi, Azərbaycan hökuməti dəmir yolunun Gürcüstana məxsus hissəsinin tikintisinin maliyyələşdirilməsinə əlavə 500 milyon dollar vəsait ayırmağa hazırdır. Dəmir yolunun Gürcüstana məxsus hissəsinin tikintisi üçün Azərbaycan ölkənin Neft Fondunun vəsaitlərindən artıq 200 milyon dollar ayırıb. Bu kredit illik bir faiz dərəcə ilə 25 il müddətinə nəzərdə tutulub.

Məlumatda deyildiyinə görə, "Bakı-Tbilisi-Qars" dəmir yolu layihəsinin tikintisi üzrə Koordinasiya Şurasının yanvarın 25-26-da Tbilisidə keçirilən müzakirələr çərçivəsində tərəflər Azərbaycan və Gürcüstan arasında kredit sazişinə yenidən baxılması məsələsini və kredit üzrə faiz dərəcələrinin dəyişdirilməsini müzakirə ediblər.

Azərbaycanın investisiya layihəsində bu il üçün dəmir yolunun Gürcüstandan keçən hissəsinə 80 milyon manatın ayrılması nəzərdə tutulur, məlumatda deyilir.

Əvvəllər layihə çərçivəsində məsləhətləşmələrin yekunları üzrə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun dediyinə görə, layihənin dəyərinə yenidən baxıla bilər.

"Əlbəttə ki, vəziyyət dəyişir və bununla əlaqədar çox güman ki, layihənin dəyəri də artacaq, belə ki, qiymətlər bu gün artıq başqadır", - Məmmədov qeyd edib. Bununla yanaşı, nazir yeni kreditin məbləğini dəqiqləşdirməyərək bildirib ki, məsələni maliyyəçilər razılaşdıracaqlar.

"Bakı-Tbilisi-Qars" layihəsi çərçivəsində dəmiryol magistralının yeni 105 km.-lik qolunun tikintisi də planlaşdırılır. Bunun 76 km.-i Türkiyə, 29 km.-i isə Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, nəqletmə gücünü ildə 15 milyon ton yükə çatdırmaq üçün Gürcüstanda 183 km.-lik Axalkalaki-Marabda-Tbilisi dəmir yolunun 183 km.-lik hissəsi yenidən qurulacaq. Axalkalakidə Gürcüstanda mövcud olan dəmiryol təkərlərinin Avropa standartlarına uyğun təkərlərlə əvəz edilməsi üzrə məntəqələrin tikilməsi də planlaşdırılır.

Bundan əvvəl Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun verdiyi məlumata görə, tikinti işlərinin 2012-ci ilin birinci yarısında başa çatdırılması planlaşdırılıb. Lakin layihənin həyata keçirilmə müddətinin razılaşdırılmasına baxmayaraq, tərəflər prosesin sürətləndirilməsi və işlərin böyük hissəsinin 2011-ci ilin sonunadək başa çatdırılması üzərində işləyirlər.

Dəhlizin yüksək buraxılış qabiliyyəti 17 milyon ton yük təşkil edəcək. İlkin mərhələdə bu göstərici 1 milyon sərnişin və 6,5 milyon ton yük təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti