...

Dağıstandakı partlayış Azərbaycandan Rusiyaya və əks istiqamətdə qatarların hərəkətinə təsir göstərməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2011 11:57 (UTC +04:00)
Dağıstan ərazisindəki dəmir yolunda baş vermiş partlayış Azərbaycandan Rusiyaya gedən qatarların hərəkətinə təsir göstərməyib. Trend-in məlumatına görə,bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bazar ertəsi bildirib.
Dağıstandakı partlayış Azərbaycandan Rusiyaya və əks istiqamətdə qatarların hərəkətinə təsir göstərməyib

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir E.İsmayılov/

Dağıstan ərazisindəki dəmir yolunda baş vermiş partlayış Azərbaycandan Rusiyaya gedən qatarların hərəkətinə təsir göstərməyib. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bazar ertəsi bildirib.

Onun sözlərinə görə, partlayış saat 02:20-də Dağıstan ərazisində yük lokomotivi altında baş verib. Saat 02:03-də isə Tümen-Bakı marşrutu üzrə hərəkət edən qatar yola düşüb.

Saat 06:20-də Azərbaycan paytaxtından Bakı-Tümen reysi çıxıb.

Həmçinin, paytaxta saat 21:35-də daxil olacaq Kiyev-Bakı qatarının, eləcə də Bakı-Rostov (23:40-də yola düşəcək) və Bakı-Moskva (19:55-də yola düşəcək) qatarlarının hərəkət qrafikində də dəyişiklik gözlənilmir.

2010-cu ildə Azərbaycan dəmir yolları ilə sərnişindaşımaların həcminin azalması müşahidə olunub. Sərnişindaşımalarda azalmalar əsasən Rusiya istiqamətində və bu ölkədən keçən digər marşrutlarda müşahidə olunub. Bu fakt son vaxtlar Dağıstan ərazisindəki dəmir yollarında partlayışların tez-tez baş verməsi ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti