...

Azərbaycanda ali təhsil haqlarının inflyasiya nəzərə alınmaqla müəyyən edilməsi təklif olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2011 15:34 (UTC +04:00)
Azərbaycanda cümə axşamı ölkə Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Ali təhsildə qiytmətqoyma metodlarının təkmilləşdirilməsi" layihəsi çərçivəsində "Ali məktəblərin təhsil haqlarının müəyyən edilməsinin cari vəziyyəti və inkişafı yolları" metodiki vəsaitinin təqdimatı keçirilib.
Azərbaycanda ali təhsil haqlarının inflyasiya nəzərə alınmaqla müəyyən edilməsi təklif olunur

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda cümə axşamı ölkə Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Ali təhsildə qiytmətqoyma metodlarının təkmilləşdirilməsi" layihəsi çərçivəsində "Ali məktəblərin təhsil haqlarının müəyyən edilməsinin cari vəziyyəti və inkişafı yolları" metodiki vəsaitinin təqdimatı keçirilib.

Trend-in məlumatına görə, vəsaiti "İqtisadi resursların öyrənilməsi" (SER) İctimai Birliyi ölkənin Təhsil Nazirliyinin Elmi-Əlaqələndirmə Şurası ilə birgə hazırlayıb. Elmi-Əlaqələndirmə Şurası yanında Ali təhsil iqtisadiyyatı komissiyasının sədri Əvəz Bayramovun sözlərinə görə, bu layihənin reallaşdırılmasında əsas məqsəd yerli dövlət və özəl ali məktəblər üçün haqların müəyyən edilməsinin universal metodikasının hazırlanması olub.

SER İctimai Birliyinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, vəsaitin hazırlanması məqsədilə keçirilən sorğuda on yerli ali məktəb iştirak edib ki, onlardan altısı dövlət, dördü özəldir.

"Bununla yanaşı, Rusiya, Türkiyə, ABŞ və Almaniya səfirlikləri ilə bu sahədə zəruri informasiyanın əldə olunması və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə əlaqə saxladıq", - Atakişiyev bildirib.

Onun sözlərinə görə, Aİ ölkələrində ali təhsilin inkişafına ÜDM-in 1,3 faizi yönəldilib. ABŞ-da isə bu göstərici 3,3 faiz təşkil edir.

Metodiki vəsaitdə göstərildiyi kimi, bu gün əsas aktual məsələlərdən biri mobil və dinamik qiymət siyasətinin həyata keçirilməsidir. Vəsait, həmçinin ali təhsil haqlarının müəyyən edilməsi zamanı inflyasiyanın nəzərə alınmasına, eləcə də əhalinin gəlirləri nəzərə alınmaqla rasional qiymət siyasətinin müəyyən edilməsinə başlanmasını tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti