...

Azərbaycan və Belarusun aviaşirkətləri Minsk-Bakı aviaxəttinin birgə istismarına başlayırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2011 17:26 (UTC +04:00)
Azərbaycan və Belarusun milli aviaşirkətləri "Azərbaycan Hava Yolları" və "Belavia" Minsk-Bakı aviaxəttinin birgə istismarına dair saziş (kod-şerinq) imzalayıblar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Belavia" şirkətindən verilən məlumatda deyilir.
Azərbaycan və Belarusun aviaşirkətləri Minsk-Bakı aviaxəttinin birgə istismarına başlayırlar

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Azərbaycan və Belarusun milli aviaşirkətləri "Azərbaycan Hava Yolları" və "Belavia" Minsk-Bakı aviaxəttinin birgə istismarına dair saziş (kod-şerinq) imzalayıblar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Belavia" şirkətindən verilən məlumatda deyilir.

2011-ci il fevralın 6-dan etibarən birgə reyslərin yerinə yetirilməsinə başlanılacaq. Əvvəllər "Belavia" aviaxətti müstəqil istismar edib.

Bu saziş çərçivəsində xətdə operator "Belavia", onun marketinq tərəfdaşı isə AZAL olacaq. Bununla yanaşı, qış dövründə uçuş cədvəli dəyişdirilməyəcək, yay mövsümü bşlayanda isə reyslər həftədə üç dəfəyədək yerinə yetiriləcək.

"Belavia" 2010/2011-ci illər üçün mövsümün qış cədvəlində Minsk-Bakı-Minsk marşrutu üzrə həftədə iki dəfə olmaqla, cümə axşamı və bazar günlərində birbaşa mütəmadi reysləri yerinə yetirir. Uçuş vaxtı 3 saat 25 dəqiqədir.

İki aviaşirkətin imkanlarının birləşdirilməsi hər iki aviadaşıyıcının sərnişinləri üçün Minsk və Bakı vasitəsilə tranzitlə səyahət etmək üçün əlavə şərait yaradır.

Xəbər lenti

Xəbər lenti