...

"Palmali" şirkətlər qrupunun "Armada" tipli yeni tankeri suya buraxılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2011 07:03 (UTC +04:00)
"Palmali" şirkətlər qrupunun "Kapitan Nağdəliyev" adını daşıyan "Armada" tipli yeni tankeri сümə günü Türkiyənin "Beşiktaş" gəmiqayırma zavodu tərəfindən suya buraxılıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü Türkiyənin Hürriyət qəzeti xəbər yayıb.
"Palmali" şirkətlər qrupunun "Armada" tipli yeni tankeri suya buraxılıb (FOTO)

Azərbaycan, Bakı, 5 fevral /Trend/

"Palmali" şirkətlər qrupunun "Kapitan Nağdəliyev" adını daşıyan "Armada" tipli yeni tankeri сümə günü Türkiyənin "Beşiktaş" gəmiqayırma zavodu tərəfindən suya buraxılıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü Türkiyənin Hürriyət qəzeti xəbər yayıb.

"Palmali" və "Beşiktaş" arasında "Armada" tipli 10 tankerin tikintisinə dair müqavilə 2009-cu ilin oktyabrında imzalanıb. Bu, "Beşiktaş" zavodundan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə adlandırılan gəmidən sonra suya buraxılan ikinci gəmisidir.

Birinci seriyalı "Armada" tipli tankerlərin onundan və "Yeni Armada" tipli beş tankerdən neft, mazut, dizel yanacağı, digər neft məhsullarının və bitki yağlarının daşınmasında, eləcə də qışda Avropa və İrlandiya ətrafında reyslər daxil olmaqla, Xəzər, Qara dəniz, Orta Aralıq, Baltik və Şimal dənizlərində daşımalarda uğurla istismar olunur.

RST22M layihəli gəminin qabaritinin uzunluğu 139,95 metr, eni 16,6 metr, bortun hündürlüyü isə 6,0 metr təşkil edir.

"Armada"nın birinci seriyası ilə müqayisədə yeni layihəli tankerlər dəniz şəraitində 650 ton dedveyt gücləndirilmiş dəniz funksiyasına və çaylarda imkanları qorunmaqla yüksək tutumluğa malikdir.

Xəbər lenti

Xəbər lenti