Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir A.Tağıyeva/
Azərbaycanlı qadın sahibkarlar Ər-Riyadda Səudiyyə Ərəbistanı Ticarət Palatasının qadın nümayəndələri ilə görüşdə iki ölkə arasında ticari münasibətlərin inkişafı yollarını və hər iki ölkənin iqtisadi həyatında qadınların rolunun möhkəmləndirilməsi məsələsini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə cümə günü "Əl-İqtisadiyyə" qəzeti yazıb.
Görüş zamanı bir sıra birgə layihələr də müzakirə olunub. Görüşdə Ticarət Palatasının qadın şöbəsinin rəhbəri, şahzadə Heyla bint Əbdürrəhman iştirak edib. O, ölkələr arasında ticarət mübadiləsinin həcminin artırılması və bu sahədə təcrübə mübadiləsi üçün vacib olan dəstək göstərməkdə maraqlı olduğunu bildirib.