...

Azərbaycan banklarında fiziki şəxslərin depozitlərinin 60 faizindən çoxu sığortalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2011 12:28 (UTC +04:00)
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun iştirakçısı olan banklarda fiziki şəxslərin ümumi depozitləri 2010-cu ilin yekunları üzrə 2,912 milyard manat təşkil edib. Bunun 1,051 milyard manatı qorunmayanlara, 1,861 milyard manatı qorunan əmanətlərə aiddir. Trend-in məlumatına görə, bu barədə şənbə günü fonddan bildirilib.
Azərbaycan banklarında fiziki şəxslərin depozitlərinin 60 faizindən çoxu sığortalanıb

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun iştirakçısı olan banklarda fiziki şəxslərin ümumi depozitləri 2010-cu ilin yekunları üzrə 2,912 milyard manat təşkil edib. Bunun 1,051 milyard manatı qorunmayanlara, 1,861 milyard manatı qorunan əmanətlərə aiddir. Trend-in məlumatına görə, bu barədə şənbə günü fonddan bildirilib.

Hesabat dövrüə olan məlumata görə, qorunan əmanətçilərin sayı 5 424 min nəfərdir.

Ötən ilin dördüncü rübündə 43 bankla - fond üzvləri ilə həyata keçirilən təqvim haqlarının ödənişləri 1,05 milyon manat, 1,361 milyon dollar və 182 min avro təşkil edib.

2010-cu ilin yekunları üzrə fondun sığorta ehtiyatları 32 milyon dollar təşkil edib.

2010-cu il iyunun 1-dən etibarən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Xəbər lenti

Xəbər lenti