Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir N.İsmayılova/
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qida sənayesi sahəsində iki standartı təsdiqləyib. Bu barədə Trend-ə çərşənbə günü Dövlət Komitəsindən məlumat verilib.
AZS 398-2011 "Pəhriz çörəyi və zənginləşdirilmiş çörək. Ümumi texniki şərtlər" standartı müalicəvi və profilaktik qidalanma üçün nəzərdə tutulan pəhriz çörəyinə və zənginləşdirilmiş çörəyə şamil edilir.
Digər təsdiqlənmiş standart AZS 442-2011 (CAC/GL 52-2003) "Ət gigiyenasının ümumi prinsipləri" standartıdır.
Məlumatda deyilir ki, yeni standartlar 2011-ci il martın 1-dən tətbiq olunacaq.