...

Yanvarda Azərbaycanın lizinq şirkətinin portfeli 2,3 faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2011 16:46 (UTC +04:00)
2011-ci il fevralın 1-nə olan məlumata görə, Azərbaycanın ən iri lizinq şirkətlərindən biri olan "AG Leasing"in portfeli 2,943 milyon manat təşkil edib. Yanvarın 1-də bu göstərici 3,013 milyon manat olub.
Yanvarda Azərbaycanın lizinq şirkətinin portfeli 2,3 faiz azalıb

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir Ü.İsmayılova/

2011-ci il fevralın 1-nə olan məlumata görə, Azərbaycanın ən iri lizinq şirkətlərindən biri olan "AG Leasing"in portfeli 2,943 milyon manat təşkil edib. Yanvarın 1-də bu göstərici 3,013 milyon manat olub. Bu barədə cümə günü şirkətin yaydığı məlumatda deyilir.

Bu dövr ərzində qüvvədə olan lizinq müqavilələrinin ümumi sayı əvvəlki ayda olduğu kimi 103, lizinqə verilən avadanlıqların ümumi sayı isə yanvarın 1-dəki 5,553 milyona qarşı 5,412 milyon manat təşkil edib.

"AG Leasing" QSC lizinq portfelinin həcminə görə Azərbaycanın aparıcı lizinq şirkətləri qrupuna daxilıdir. Şirkətin müştəriləri həm hüquqi, həm də fiziki şəxslər - sahibkarlardır.

"AG Leasing" 2005-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı bir milyon manat təşkil edir. Şirkət əsasən üç sahədə - nəqliyyat, ticarət və tibb sahəsində avadanlıqları lizinqə verir. Şirkət avadanlıqları lizinqə ilkin ödəniş 20-50 faiz olmaqla, illik 20-24 faiz dərəcəsi ilə 60 ay müddətinə verir.

Şirkətin nizamnamə kapitalında iştirak payı: AGBank (35 faiz), Böyük Britaniyanın "Hiperion Capital Management" şirkəti (30 faiz), ABŞ-ın "Delta Trans LLC" şirkəti (25 faiz) və Böyük Britaniyanın "Milio Leasing Limited" şirkəti (10 faiz).

Fevralın 18-nə olan rəsmi məzənnə 0,7949 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti