...

"Bakı Ağ Şəhər" layihəsi ilk dəfə Kann şəhərində keçirilən sərgidə təqdim olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2011 16:14 (UTC +04:00)
Azərbaycan paytaxtının yeni müasir mərkəzi olacaq "Bakı Ağ Şəhər" layihəsi martın 8-11-də Kann şəhərində (Fransa) keçirilən ənənəvi MIPIM-2011 Beynəlxalq kommersiya daşınmaz əmlak sərgisində ilk dəfə olaraq nümayiş olunacaq.
"Bakı Ağ Şəhər" layihəsi ilk dəfə Kann şəhərində keçirilən sərgidə təqdim olunacaq

Azərbaycan, Bakı, 3 mart /Trend/

Azərbaycan paytaxtının yeni müasir mərkəzi olacaq "Bakı Ağ Şəhər" layihəsi martın 8-11-də Kann şəhərində (Fransa) keçirilən ənənəvi MIPIM-2011 Beynəlxalq kommersiya daşınmaz əmlak sərgisində ilk dəfə olaraq nümayiş olunacaq. Layihə çərçivəsində mehmanxana, ticarət-əyləncə mərkəzi, ofis binaları, konsert kompleksi, müasir incəsənət pavilyonu və s. kimi obyektlərə sərmayə qoymaq imkanı verilir.

MIPIM daşınmaz əmlak sərgisi Avropada ən iri, nüfuzlu və mötəbər investisiya ekspozisiya forumudur. Sərgi 4 gün ərzində (8-11 mart 2011-ci il ) ərazinin inkişaf konsepsiyasının müəlliflərindən tutmuş, investorlar və son istifadəçilərə qədər, sektorun bütün ciddi iştirakçılarını bir araya gətirən daşınmaz əmlak sahəsində çox mühüm bir hadisədir. Kannın Festivallar sarayının 18 min kvadratmetr ərazisini tutacaq MIPIM-2011 22-ci Beynəlxalq kommersiya daşınmaz əmlak sərgisi bütün dünyadan əmlak üzrə qərar verməyə məsul olan 17 mindən artıq iştirakçını birləşdirəcək. Tədbirdə həmçinin 200-dən artıq xarici KİV nümayəndələri iştirak edəcəklər.

Təqdimat atmosferinin bir çox tədbirlərlə, məsələn, konfranslar, layihə müsabiqələri, ekspert sessiyaları, dünya şəhərləri merlərinin simpoziumları ilə ahəngi MIPIM-in spesifik xüsusiyyətidir. Artıq iyirmi ildir ki, bu sərgi dünyanın yüzlərlə ölkəsindən gələn iştirakçılara beynəlxalq səviyyədə mövcud əlaqələri möhkəmləndirməyə və yeni əlaqələr qurmağa, digər ölkələrin bazarlarında olan vəziyyəti öyrənməyə, mövcud layihələri təhlil etməyə və potensial layihələr üzrə addımlar atmağa imkan yaradır.

"Bakı Ağ Şəhər" layihəsi "Azərbaycan Respublikasında 2006-2010-cu illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı"ın təsdiq olunması haqqında Azərbaycan Prezidentinin fərmanı çərçivəsində həyata keçirilir.

Layihə haqqında daha ətraflı məlumatı /www.bakuwhitecity.az/ saytından əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti