...

Niderland Azərbaycan regionlarından birinə əməkdaşlıq təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2011 19:57 (UTC +04:00)
Niderland Azərbaycanın Qəbələ rayonuna kənd təsərrüfatı, logistika, turizm və mədəniyyət sahəsində əməkdaşlıq təklif edir.
Niderland Azərbaycan regionlarından birinə əməkdaşlıq təklif edir

Azərbaycan, Bakı, 4 mart /Trend/

Niderland Azərbaycanın Qəbələ rayonuna kənd təsərrüfatı, logistika, turizm və mədəniyyət sahəsində əməkdaşlıq təklif edir. Bu barədə Trend-ə cümə günü Niderlandın Azərbaycandakı səfirliyindən deyiblər.

Niderlandın Azərbaycandakı səfiri Aryen Uyterlinde martın 3-4-də Qəbələdə olub və rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə görüşüb.

Niderlandın kənd təsərrüfatı sahəsində mütəxəssislərinin müşayiət ilə səfir regionun əməkdaşlıqda marağı olan təsərrüfat subyektlərinə baş çəkib.

Görüş zamanı, xüsusilə, əməkdaşlığın aqrosənaye, logistika, turizm və mədəniyyət sahəsində fəallaşdırılması imkanları öyrənilib.

Səfir Niderlanddan olan ekspertlərlə işləmək istəyən kiçik və orta müəssisələr üçün qısamüddətli məsləhətlər təklif edən "Müəssisələr üçün müəssisələr" adlı yardım proqramının təqdimatını keçirib.

Uyterlinde Qəbələdə olan zaman Azərbaycanın maraqlı işgüzar tərəfdaşlarına mayın 23-26-da Bakıda Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birlikdə təşkil ediləcək Niderland-Azərbaycan aqrosənaye biznes forumunda iştirak etməyi təklif edib.

Xəbər lenti

Xəbər lenti