...

Azərbaycan bankı "Unibank" faizli, konversiya borcu istiqrazlarını buraxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2011 11:27 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Unibank" ASC-nin ümumi məbləği 25 milyon dollar olan təmin olunmamış, faizli, adlı, sənədsiz, konversiya borcu istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
Azərbaycan bankı "Unibank" faizli, konversiya borcu istiqrazlarını buraxır

Azərbaycan, Bakı, 15 mart /Trend/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Unibank" ASC-nin ümumi məbləği 25 milyon dollar olan təmin olunmamış, faizli, adlı, sənədsiz, konversiya borcu istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Bu barədə çərşənbə axşamı Trend-ə Bakı Fond Birjasından məlumat verilib.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 10 min dollar olan 2500 qiymətli kağız buraxılıb. İstiqrazların tədavül müddəti beş ildir. İstiqrazlar üzrə illik faiz dərəcəsi 8 faizdir və faiz müddəti ərzində banklararası faiz dərəcəsi tətbiq edilir.

İstiqrazların yerləşdirilməsinin anderrayteri qismində "Unicapital" MMC çıxış edir.
Emissiya prospektinə görə, yerləşdirmə Bakı Fond Birjasında açıq abunə metodu ilə həyata keçiriləcək.

"Unibank" 2002-ci il oktyabrın 15-də iki özəl kommersiya bankı - "Mbank" və "Promtekhbank"ın birləşməsi nəticəsində yaranıb. "Unibank" universal maliyyə-kredit müəssisəsidir, pərakəndə və korporativ xidmətlər təklif edir. Avropa Yenidənqurma və İnkişaf Bankı (15,1515 faiz) və DEG alman investisiya korporasiyası (8,3333 faiz) kimi maliyyə institutları bankın səhmdarlarıdır.

Xəbər lenti

Xəbər lenti