...

Azərbaycanın sığorta şirkəti AXA MBASK "Client Сare" yeni xidmətini işə salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2011 16:11 (UTC +04:00)
Azərbaycanın sığorta şirkəti AXA MBASK müştərilərə xidmət göstərilməsinə yeni yanaşmanın inkişaf etdirilməsi çərçivəsində yeni "Client Сare" xidmətini işə salıb.
Azərbaycanın sığorta şirkəti AXA MBASK "Client Сare" yeni xidmətini işə salıb

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın sığorta şirkəti AXA MBASK müştərilərə xidmət göstərilməsinə yeni yanaşmanın inkişaf etdirilməsi çərçivəsində yeni "Client Сare" xidmətini işə salıb. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Bundan sonra AXA MBASK-ın hər bir müştərisi istənilən arzu, təklif və şikayətlə xüsusi (012) 415 55 00 nömrəsinə müraciət edə və ya [email protected] ünvanına elektron məktub göndərə bilər və onun arzusu, təklifi və ya şikayəti 24 saat ərzində şirkətin mütəxəssisləri və rəhbərliyi tərəfindən ciddi şəkildə nəzərdən keçiriləcək.

Bu xidmət özlüyündə müştərinin sığorta hadisəsindən sonra müştəri xidməti şöbəsinə, satış şöbəsinə və ya sığorta iddialarının tənzimlənməsi şöbəsinə müraciət etməsi prosedurunu əvəz etmir. Yeni xidmət, ilk növbədə, bu və ya digər səbəbdən şirkətdə xidmətin səviyyəsindən narazı qalan şəxslər üçün nəzərdə tutulub.

"Bu addım onun üçün atılıb ki, müştərilərimiz özlərini müdafiə olunmuş hesab etsinlər, görsünlər ki, onlar həqiqətən güclü və etibarlı şirkətin qanadı altındadırlar", - idarə heyəti sədrinin müavini Rəşad Abbasov bildirib.

"Bu prosedurun əsas məqsədi şirkətə daxil olan bütün şikayətlərə obyektiv şəkildə baxılmasını təmin etmək və qəbul edilən qərarlar haqqında müştəriləri vaxtında məlumatlandırmaqdır. Bizim servisin daha da təkmilləşdirilməsi məqsədilə müştərilərimizin şirkətlə əks əlaqə imkanına malik olmaları bizim üçün çox mühümdür. Biz bütün müştərilərimizi dinləməyə hazırıq, təkliflərə və tənqidə açığıq, biz hər bir müştərimizin rəyini yüksək qiymətləndiririk", - Abbasov əlavə edib.

Ötən ilin oktyabr ayında MBASK Sığorta Şirkəti özünün əsas səhmdarını dəyişib. Şirkətin səhmlərinin nəzarət zərfini (51%) özünün törəmə şirkəti olan AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros (İspaniya) şirkəti vasitəsilə AXA Group (Fransa) şirkəti əldə edib. 2010-cu ilin dekabr ayının 7-də MBASK-ın lisenziyası şirkətin adının dəyişdirilməsi ilə əlaqədar AXA MBASK-a dəyişdirilib.

AXA Group maliyyə müdafiəsi sahəsində dünya lideridir. АХА Group öz fəaliyyətini Avropa, Şimali Amerika və Asiya-Sakit okean regionunda daha çox cəmləşdirməklə, bütün dünya üzrə 57 ölkədə fəaliyət göstərir.

Xəbər lenti

Xəbər lenti