...

"Azərbaycan Dəmir Yolları" QSC auditor seçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2011 16:49 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti QSC-nin 2011-ci il üçün maliyyə hesabatının auditinin keçirilməsi və 2009-2010-cu illərdə "Dəmiryol ticarətinin və nəqliyyatının dəstəklənməsi layihəsi"nin auditinin aparılması üçün baş auditorun seçilməsi üzrə tender çərçivəsində dörd şirkətin təkliflərinə baxır.
"Azərbaycan Dəmir Yolları" QSC auditor seçir

Azərbaycan, Bakı, 16 mart /Trend/

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti QSC-nin 2011-ci il üçün maliyyə hesabatının auditinin keçirilməsi və 2009-2010-cu illərdə "Dəmiryol ticarətinin və nəqliyyatının dəstəklənməsi layihəsi"nin auditinin aparılması üçün baş auditorun seçilməsi üzrə tender çərçivəsində dörd şirkətin təkliflərinə baxır. Trend-in məlumatına görə, bu barədə QSC-nin çərşənbə günü yaydığı məlumatda deyilir.

İlkin olaraq tender üzrə texniki və maliyyə təkliflərini beş şirkət təqdim edib. Qiymətləndirmə nəticəsində aşağıdakı dörd iddiaçı şirkət tələb olunan minimum 70 balı toplaya bilib: Baker TİLLY, LLC (Azərbaycan) - 71,23, PricewaterhouseCoopers (Azərbaycan) - 83,28, Ernst & Young Holdings (CIS) B.V. (Azərbaycan) - 79,83, Deloitte & Touche,LLC (Azərbaycan) - 86,69.

Maliyyə təkliflərinin açılış proseduru çərşənbə günü baş tutub.

Məsləhətçinin seçilməsi layihəni maliyyələşdirən Dünya Bankının prosedurları üzrə aparılır.

Azərbaycanın dəmiryol və ticarətinə dəstək layihəsinə üç əsas istiqamət daxildir. Birinci istiqamət Şərq-Qərb magistral yolunun (Bakı-Böyük Kəsik) bərpasını nəzərdə tutur. Layihənin ikinci istiqamətinə 50 yeni elektrik lokomotivinin alınması daxildir. Üçücü istiqamət beynəlxalq maliyyə hesabatı sistemi əsasında mühasibat sisteminin tətbiqini və digər məsələləri nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti