...

"Bank of Baku" Novruz bayramında da müştərilərinə xidmət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2011 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend/

"Bank of Baku" qarşıdan gələn Novruz bayramı ilə əlaqədar elan olunan qeyri iş günlərində əhaliyə xidmət göstərməyi davam etdirəcəyini bildirir. Bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

Beləliklə, martın 22-26-da bankın Xəqani, 2 və Mərdanov qardaşları, 8 ünvanında yerləşən "Xəqani" elektron şöbəsi səhər saat 09:00-dan axşam saat 21:00-dək müştərilərin xidmətində olacaq. Müştərilərin rahatlığı və vaxta qənaət etməsi məqsədilə "Bank of Baku"nun "Xəqani" şöbəsində Cash-in ödəniş köşkləri vasitəsi ilə hər hansı bir ödənişi bir neçə dəqiqə ərzində həyata keçirmək mümkündür. Hal-hazırda, həmin şöbədə fəaliyyət göstərən "Cash-in" ödəniş köşkləri əhaliyə bütün növ kreditlərin və AvirTel İnternet xidmətinin ödənilməsi, həmçinin cari hesabların artırılması üzrə xidmət göstərir.

Bununla yanaşı, "Bank of Baku"nun müştəriləri Azərbaycan bank bazarında analoqu olmayan "Telefon Bankçılıq - 145" növbəsiz ödənişlər xəttindən istifadə edə bilərlər. Bu xidmət vasitəsilə müştərilər banka gəlmədən ölkənin istənilən yerindən istənilən vaxt kredit ödənişlərini istənilən telefonla həyata keçirə və hesabları barədə məlumat ala bilərlər. Bunun üçün isə sadəcə, istənilən telefon (mobil və ya şəhər), "Bank of Baku"nun təqdim etdiyi müştəri kodu (müştəri kodu kreditin rəsmiləşdirilməsi və ödənişi zamanı bankın eksperti tərəfindən müştəriyə verilir) və istənilən plastik kart sahibi olmaq kifayətdir. "Telefon Bankçılıq - 145" xidməti haqqında ətraflı məlumat /http://www.bankofbaku.com/az/phone-payment.html/ ünvanında yerləşdirilib.

Qeyd edək ki, bayram günündə edilmiş bütün ödənişlər Bankın əməliyyat proqramında 28 mart 2011-ci il tarixində əks ediləcək.

"Bank of Baku"nun fəaliyyəti və xidmətləri haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında və ya həmin saytda fəaliyyət göstərən "Onlayn-məsləhətçi" xidmətinə müraciət edərək əldə etmək olar.

Adi günlərlə yanaşı, bayram zamanı da əhalinin xidmətində olan Bank of Baku bir daha sübut edir ki, həyatın hər anında daim öz müştərilərini düşünüb onların rahatlığı üçün çalışır.

Xəbər lenti

Xəbər lenti