...

Azərbaycanın sığorta şirkətinin məcmu kapitalı ötən il 1,7 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2011 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir Ü.İsmayılova/

2010-cu ilin fəaliyyət yekunları üzrə Azərbaycan sığorta şirkəti "Başak İnam Sığorta Şirkəti" ASC-nin aktivləri ilin əvvəlindəki 3,742 milyon manata nisbətdə 5,203 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü rəsmi mətbuatda dərc olunmuş balans hesabatında deyilir.

Şirkətin maliyyə hesabatının auditi "Euro Audit" MMC tərəfindən aparılıb.

Bu müddət ərzində şirkətin uzunmüddətli aktivləri 2,22 milyon manat, qısamüddətli aktivləri isə 2,983 milyon manat təşkil edib.

"Başak İnam Sığorta Şirkəti"nin məcmu kapitalı 2,163 milyon manatdan 3,645 milyon manata yüksəlib. Belə artım şirkətin nizamnamə kapitalının 1,6 dəfə artaraq 3,25 milyon manata qalxması nəticəsində təmin edilib.

Şirkətin uzunmüddətli öhdəlikləri 1,468 milyon manat, qısamüddətli öhdəlikləri 90,135 min manat təşkil edib. Kapital və öhdəliklər ümumilikdə 5,203 milyon manat olub.

Ötən ilin yekunları üzrə şirkətin gəlirləri 3,806 milyon manat, o cümlədən sığorta üzrə 2,522 milyon manat, təkrar sığorta üzrə 16,253 min manat təşkil edib. Şirkətin investisiya qoyuluşları üzrə gəlirləri 133,775 min manat olub.

2010-cu ildə şirkətin xərcləri 3,56 milyon manat, o cümlədən sığorta ödənişləri üzrə 1,566 milyon manat, təkrar sığorta ödənişləri üzrə 860,737 min manat təşkil edib.

Şirkətin maliyyə gəliri 245,369 min manat, xalis gəliri 231,558 min manat təşkil edib.

2010-cu ildə şirkət 47,819 min manat məbləğində mənfəət vergisi, 31,41 min manat (4 faiz) ödəniş mənbəyi vergisi, 80,25 min manat sosial sığorta və təminat vergisi, 5,36 min manat icbari ödənişlər (0,3 faiz), 2,375 manat əmlak vergisi və 12,105 min manat digər vergilər üzrə ödəyib.

"Başak-İnam Sığorta Şirkəti"nin səhmdarları Türkiyənin "Groupama Sigorta AŞ" şirkətidir. "Başak-İnam" 1996-cı ildən fəaliyyət göstərir, sığortanın 31 növü üzrə xidmətlər göstərir.

Martın 30-na olan rəsmi məzənnə 0,7927 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti