...

Azərbaycan Beynəlxalq Bankı MDB-nin ən yaxşı bankı seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2011 19:37 (UTC +04:00)
Ölkənin bank bazarının lideri Azərbaycan Beynəlxalq Bankı "MDB, Baltika, Gürcüstan bankları - 2010" I Beynəlxalq müsabiqəsinin "Ən yaxşı texnoloji bank" nominasiyasında qalib olub.
Azərbaycan Beynəlxalq Bankı MDB-nin ən yaxşı bankı seçilib

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Ölkənin bank bazarının lideri Azərbaycan Beynəlxalq Bankı "MDB, Baltika, Gürcüstan bankları - 2010" I Beynəlxalq müsabiqəsinin "Ən yaxşı texnoloji bank" nominasiyasında qalib olub. Bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Bankın idarə heyətinin sədri Cahangir Hacıyev isə "GUAM-ın ən yaxşı bankları - 2010" müsabiqəsində "İlin bankiri" mükafatına layiq görülüb. Bu, 2002-ci ildən beynəlxalq təşkilatlar tərəfindən ABB-yə ölkənin bank sektorunun inkişafına verdiyi töhfəyə görə təqdim olunan 44-cü mükafatdır.

2011-ci il martın 30-da GUAM-ın Kiyevdəki katibliyində Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM, "KBS-İzdat" beynəlxalq nəşriyyatı, "Credit Rating" və "Bankir" jurnalı ilə birlikdə təşkil olunan "GUAM-ın ən yaxşı bankları - 2010" I Beynəlxalq müsabiqəsinin yekunu və qaliblərin təntənəli mükafatlandırılma mərasimi keçirilib. Müsabiqənin məqsədi GUAM iştirakçı ölkələrinin ərazisində işləyən bank müəssisələrinin ayrı-ayrı fəaliyyətləri üzrə istiqamətlərinin müəyyənləşdirilməsi olub.

Müsabiqə iki mərhələdən - Azərbaycan, Gürcüstan, Moldova və Ukraynadan olan istənilən bankdan KBS-М formasının təqdim edilməsi, anketin təhlilindən və hər iştirakçı bank üçün verilən səslərin hesablanmasından ibarət olub və GUAM-ın iştirakçısı olan dövlətlərin 173 bank təsisatı arasında keçirilib.

Xəbər lenti

Xəbər lenti