...

"Xalq Bank" beynəlxalq müsabiqələrin qalibi olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2011 12:09 (UTC +04:00)
28-30 mart tarixində Kiyev şəhərində "MDB, Baltiya, Gürcüstan üzrə İlin Bankı-2010" və "GUAM ölkələrinin Ən Yaxşı Bankları-2010" beynəlxalq müsabiqələrinin laureatlarının təntənəli təltifolunma mərasimləri keçirilib.
"Xalq Bank" beynəlxalq müsabiqələrin qalibi olub

Azərbaycan, Bakı, 8 aprel /Trend/

28-30 mart tarixində Kiyev şəhərində "MDB, Baltiya, Gürcüstan üzrə İlin Bankı-2010" və "GUAM ölkələrinin Ən Yaxşı Bankları-2010" beynəlxalq müsabiqələrinin laureatlarının təntənəli təltifolunma mərasimləri keçirilib. "Xalq Bank" 1220 bankın iştirak etdiyi "MDB, Baltiya, Gürcüstan üzrə İlin Bankı-2010" müsabiqəsinin "Ölkə daxilində filial şəbəkəsinin inkişafı üzrə lider" nominasiyasında qalib gələrək ümumilikdə, 10 müxtəlif nominasiya üzrə fərqlənən 12 bankın sırasında yer alıb. Bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

Məlumata görə, bundan əlavə "Xalq Bank" GUAM Demokratiya və İqtisadi İnkişaf uğrunda Cəmiyyət və "KBS-İzdat" beynəlxalq nəşriyyatın təşkil etdiyi "GUAM ölkələrinin Ən Yaxşı Bankları-2010" müsabiqəsində "Ən dinamik inkişaf edən bank" nominasiyası üzrə qalib elan olunub. Müsabiqədə GUAM ölkələrini təmsil edən 173 bank müəssiəsəsi iştirak edib və 12 nominasiyada 15 bank qalib gəlib.

Bu layihələrin məqsədi GUAM, eləcə də bütünlüklə MDB və Baltiya ölkələrində fəaliyyət göstərən banklar arasında ən yaxşılarını müəyyənləşdirərək ictimaiyyətə çatdırmaq, eləcə də, bankların peşəkar fəaliyyətinin əsasını təşkil edən etibarın möhkəmləndirilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti