Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Nəqliyyat Nazirliyi (NN) Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 8-ci kilometrliyində yerləşən, Kür çayı üzərindəki körpünün örtüyünün bərpası üzrə işlər aparır. Bu barədə cümə günü NN "Azəryolservis" SC-dəki mənbə deyib.
Onun sözlərinə görə, iritonnajı avtomobil nəqliyyat vasitələri tərəfindən yükdaşıma qaydalarının pozulması nəticəsində körpünün pilətələrində sınmalar baş verib.
"Hazırda bərpa işləri aparılır və ilin sonunadək onların başa çatdırılması planlaşdırılır", - mənbə bildirib.