...

"Təmiz Şəhər" ASC nağıl və hekayə müsabiqəsi elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2011 13:06 (UTC +04:00)
Aprelin 18-dən etibarən "Təmiz Şəhər" ASC ibtidai sinif şagirdləri üçün nağıl və hekayələrin hazırlanması məqsədilə müsabiqəyə start verir.
"Təmiz Şəhər" ASC nağıl və hekayə müsabiqəsi elan edir

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Aprelin 18-dən etibarən "Təmiz Şəhər" ASC ibtidai sinif şagirdləri üçün nağıl və hekayələrin hazırlanması məqsədilə müsabiqəyə start verir. Müsabiqənin keçirilməsində başlıca məqsəd uşaqlara tullantılarla düzgün rəftar və təbiətin qorunması kimi vərdişlərin aşılanmasıdır. Bu barədə Trend-ə ASC-dən məlumat verilib.

Müsabiqədə iştirak etmək istəyənlər məişət tullantıları ilə əlaqədar tərbiyəvi mövzuda nağıllar və kiçik hekayələr təqdim etməlidirlər. Təmiz şəhərə səyahət, tullantıların azaldılması və israfçılığın qarşısının alınması, tullantıların təkrar istifadəsi, "tullantıların söhbəti" nağılların mövzusu ola bilər.

Nağıl və hekayələr Azərbaycan dilində, 200 sözdən artıq olmamaq şərtilə MS Word formatında yazılmalı və mayın 10-dək [email protected] elektron ünvanına göndərilməlidir. Məktubda, həmçinin yazı müəllifi barədə qısa məlumat (ad, soyad, yaş və s.) və əlaqə məlumatları qeyd olunmalıdır.

Nağıllar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər müəyyən ediləcək. İlk 3 yerin qaliblərinə "Təmiz Şəhər" ASC tərəfindən hədiyyələr təqdim olunacaq. Müsabiqənin şərtlərinə əsasən, qaliblərin nağıllarından ibarət, uşaqlar üçün şəkilli və rəngləməli kitablar hazırlanacaq. Çoxsaylı tirajla çap ediləcək bu kitablar Bakı şəhəri ərazisində yerləşən orta məktəblərin ibtidai sinif şagirdləri arasında pulsuz paylanacaq.

Müsabiqə barədə ətraflı məlumatı "Təmiz Şəhər" ASC-nin internet səhifəsindən (www.tamizshahar.az) və ya 464-41-11 nömrəli telefon vasitəsi ilə əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti