...

USAID Azərbaycanda çirkli pulların yuyulması və maliyyə terrorizmi ilə mübarizə sahəsində treninq keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2011 18:48 (UTC +04:00)
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə səhəsində analitik potensialın artırılması məqsədi ilə beynəlxalq ekspert tərəfindən Maliyyə Monitorinqi Xidmətinin əməkdaşlarına treninq keçirilir.
USAID Azərbaycanda çirkli pulların yuyulması və maliyyə terrorizmi ilə mübarizə sahəsində treninq keçirir

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir N.İsmayılova/

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə səhəsində analitik potensialın artırılması məqsədi ilə beynəlxalq ekspert tərəfindən Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin əməkdaşlarına treninq keçirilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı bankın məlumatında deyilir.

Treninq cari ilin aprel ayının 18-dən 22-nə kimi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) texniki dəstəyi ilə həyata keçirilir. Treninqi ABŞ-dan olan beynəlxalq ekspert Artur Mendez aparır. Tədris proqramı PL/TMM üzrə məlumatların toplanması, təhlili və mübadiləsi proseslərinin təşkili və idarə edilməsi, maliyyə əməliyyatlarının monitorinqi üsulları kimi mövzuları əhatə edir. Treninq ingilis dilində keçirilir.

Tədris prosesində müzakirə olunan mövzulara dair praktiki nümunələr əsasında xüsusi tapşırıqlardan da istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti