...

Azərbaycan və Türkmənistan işgüzar əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2011 11:09 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndə heyətinin Türkmənsitan paytaxtına səfəri çərçivəsində İqtisadiyyat və İnkişaf, Ticarət və Xarici İqtisadi Əlaqələr nazirliklərində, Türkmənsitan Ticarət-Sənaye Palatasında görüşlər keçirilib.
Azərbaycan və Türkmənistan işgüzar əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndə heyətinin Türkmənsitan paytaxtına səfəri çərçivəsində İqtisadiyyat və İnkişaf, Ticarət və Xarici İqtisadi Əlaqələr nazirliklərində, Türkmənsitan Ticarət-Sənaye Palatasında görüşlər keçirilib. Trend-in məlumatına görə, bu barədə Türkmənsitanın Azərbaycandakı səfiriliyinin mətbuat xidmətinin məlumatında deyilir.

"Danışıqların gündəliyində ticari-iqtisadi və investisiyalar sahəsində Türkmənistan-Azərbaycan tərəfdaşlığının gələcək genişləndirilməsi məsələləri olub", - məlumatda deyilir.

Söhbət zamanı qonaqlar Türkmənistanda Prezident Qurbanqulu Berdiməhəmmədovun rəhbərliyi ilə aparılan miqyaslı islahatların əsas aspektləri, eləcə də investisiya siyasətinin əsas istiqamətləri ilə tanış olublar.

Qarşılıqlı münasibətlərin genişləndirilməsi üçün sanballı potensialın olduğunu qeyd edən Azərbaycan nümayəndə heyətinin üzvləri türkmən tərəfdaşlarla uzunmüddətli işgüzar əlaqələrin möhkəmləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Bu konteksdə Türkmənistan-Azərbaycan dövlətlərarası əməkdaşlığının müxtəlif istiqamətləri üzrə birgə layihələrin həyata keçirilməsində iştiraka səy göstərilməsi ifadə olunub.

Xəbər lenti

Xəbər lenti