Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir N.İsmayılova/
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi iddiaçılardan Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalında özəlləşdirmə və dövlət payının azaldılması prosesində məsləhətçi xidmətlərinin göstərilməsinə dair tender təkliflərinin açılması tarixini təxirə salıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü dövlət kimitəsinin məlumatında deyilir.
Təkliflərə müsabiqə komissiyası mayın 3-də saat 11:00-da dövlət komitəsinin binasında baxacaq. Əvvəlcə təkliflərə baxılma müddəti aprelin 22-nə təyin edilmişdi.
İddiaçılar tender sənədlərini 13 aprel saat 17:00-dək, tender təkliflərini isə 21 aprel saat 17:00-dək Bakı şəhəri, Y.Səfərov küçəsi, 20 ünvanına təqdim etməli idilər.
Ötən ili ABB 5 527,92 milyon manatlıq aktivlərlə başa vurub ki, bu da 2009-cu ilin analoji göstəricisindən 8,99 faiz çoxdur. ABB yarıdövlət bankıdır, bu gün əsas səhmdarı səhmlərin 50,2 faizinə sahib olan Azərbaycan hökuməti olaraq qalır. 49,8 faiz isə fiziki və hüquqi şəxslərə (həmçinin banklara) məxsusdur.
Aprelin 23-nə olan rəsmi məzənnə 0,7917 AZN/USD təşkil edir.