...

Azərbaycan bankı "Kapital Bank" MDB ölkələrinin beynəlxalq konfransında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2011 13:55 (UTC +04:00)
"Kapital Bank" aprelin 17-20-ndə Ukraynanın Yalta şəhərində "Beynəlxalq bank əməliyyatları: səmərəli yolların axtarışı" mövzusunda MDB dövlətlərinin I Beynəlxalq konfransında iştirak edib.
Azərbaycan bankı "Kapital Bank" MDB ölkələrinin beynəlxalq konfransında iştirak edib

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Azərbaycan bankı "Kapital Bank" aprelin 17-20-ndə Ukraynanın Yalta şəhərində "Beynəlxalq bank əməliyyatları: səmərəli yolların axtarışı" mövzusunda MDB dövlətlərinin I Beynəlxalq konfransında iştirak edib. Trend-in məlumatına görə, bu barədə bankın şənbə günü yayılan məlumtında deyilir. "Kapital Bank"ı idarə heyəti sədrinin müavini Araz Əliyev təmsil edib.

"Biznes Format" şirkəti tərəfindən təşkil olunan konfransda beynəlxalq bank əməliyyatları zamanı tətbiq edilən yeni imkan və vasitələr, maliyyə bazarında səmərəli həll yolları, sənədli əməliyyatlar, müxbir əlaqələr sahəsində ənənə və müasirlik və s. mövzular müzakirəyə çıxarılıb, iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb.

"Kapital Bank" bu gün xarici ölkələrin nüfuzlu banklarında geniş müxbir hesabları şəbəkəsinə malikdir. Getdikcə inkişaf etdirilən beynəlxalq əlaqələr bank müştəriləri üçün geniş imkanlar açır.

Xəbər lenti

Xəbər lenti