...

Azərbaycanda iri fermer təsərrüfatlarının yaradılması üçün əkin sahələri artırılacaq - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2011 15:12 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Kənd Təsərrüfatı Nazirliyi qarşısında aqrar sahələrdə həyata keçirilən tədbirlərin effektivliyinin artırılması üçün iri fermer təsərrüfatlarının yaradılması vəzifəsi qoyulub.
Azərbaycanda iri fermer təsərrüfatlarının yaradılması üçün əkin sahələri artırılacaq - nazir

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Kənd Təsərrüfatı Nazirliyi qarşısında aqrar sahələrdə həyata keçirilən tədbirlərin effektivliyinin artırılması üçün iri fermer təsərrüfatlarının yaradılması vəzifəsi qoyulub. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalsitlərə kənd təsərrüfatı naziri İsmət Abasov deyib.

"Bununla əlaqədar əkin sahələrinin 200 min hektar artırılması planlaşdırılır, - nazir bildirib. - Lakin əkin sahələrini dərhal 200 min hektar artırmaq çətin olacaq, biz ilkin mərhələdə onları 100 min hektar genişləndirməyi planlaşdırırıq".

Nazirin sözlərinə görə, hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə ayrılan ərazilər və digər məsələlərlə bağlı danışıqlar aparılır. Bu məsələlər həll edildikdən sonra iri fermer təsərrüfatlarının yaradılması mümkün olacaq.

"Dövlət başçısının Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamının icrası çərçivəsində bu il ölkəyə 1600 baş cins mal-qaranın idxalı planlaşdırılır", - nazir vurğulayıb.

"Hazırda Azərbaycanda süd emalı üzrə çoxlu zavodlar tikilir, bu müəssisələrin süd ilə təmini üçün mövcud istehsal gücü kifayət etmir", - Abbasov əlavə edib.

Onun sözlərinə görə, bu məqsədlə ölkədə heyvandarlıq təsərrüfatını yaxşılaşdırmaq lazımdır və bununla əlaqədar 1600 baş cins mal-qara gətiriləcək. "Bundan başqa, ölkədə süni dölləndirmə inkişaf edir", - nazir bildirib.

2011-ci il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan "Aqrolizinq" ASC-yə 2011-ci ildə xaricdən damazlıq heyvanların gətirilməsi və onların lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faizlik güzəştlə satılması üçün 5 milyon manat ayrılıb.

Buna uyğun olaraq "Aqrolizinq" ASC 1600 baş südlük damazlıq mal-qaranın tədarükünə dair tender elan edib. Tender iki lot üzrə elan edilib: 1400 baş Qolştin-Friz və İsveçrə cinsli inəklərin və 200 baş Simmental cinsin tədarükü. Tədarük bu qrafik üzrə aparılmalıdır: mayda - 600 baş, sentyabrda - 1000 baş.

Xəbər lenti

Xəbər lenti