...

Ernst & Young Avropa-Azərbaycan Cəmiyyətinin Londonda keçirdiyi Azərbaycan biznes-forumda "qızıl sponsor" qismində çıxış etmişdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2011 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /Trend/

Avropa-Azərbaycan Cəmiyyəti tərəfindən keçirilən biznes-forumda iştirak etmək məqsədilə Avropa, ABŞ və Azərbaycanın işgüzar icmalarının 200-dən artıq natiq və nümayəndələri və hökumət təmsilçiləri 12-13 mayda Londonun IET Konfrans Mərkəzində toplaşmışlar. Forum Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə təşkil edilmişdir. Cari ildə qeyd edilən Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbirlərin bir hissəsi olan forum qərb investorları üçün həm neft-qaz, həm də qeyri-neft sənayesində mövcud olan hazırkı və gələcək imkanların tam dairəsini təsvir etdi.

Ernst & Young tədbirin "Qızıl sponsorlar"ı arasında olmuşdur. Ernst & Young-ın Azərbaycan üzrə İdarəedici Partnyoru cənab İlqar Vəliyev Forumda çıxış edərək, Azərbaycanda biznesin həyata keçiriməsinin imkan və tələbləri haqqında danışmışdır. O, iqtisadiyyatın qeyri-neft sahəsinin inkişafının vacibliyi, insan resurslarının əlavə investisiyalara olan ehtiyacı, eləcə də Azərbaycanı xarici investorlar üçün daha cəlbedici etmək məqsədilə nizamlama islahatlarının davam etdirilməsi zərurəti kimi məsələləri işıqlandırmışdır. İlqar Vəliyev vurğulamışdır ki, Azərbaycanda öz təcrübəsini təsis etmiş ilk beynəlxalq mühasibat uçotu şirkəti olan Ernst & Young Azərbaycan iqtisadiyyatının gələcəyinə inanır və onun inkişafını dəstəkləməyə davam edəcəkdir.

Ernst & Young dünyada və Azərbaycanda

Ernst & Young audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. Bizim 141.000 əməkdaşımızı birgə dəyərlər və keyfiyyətə sadiqlik birləşdirir. Biz əməkdaşlarımızın, müştərilərimizin və daha geniş icmaların potensialını açaraq, perspektivlər yaradırıq.

Ernst & Young, müştərilərin ehtiyaclarını nəzərə alaraq, bütün MDB-də xidmət və resurslarını genişləndirir. Moskva, Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Kazan, Krasnodar, Tolyatti, Yujno-Saxalinsk, Almatı, Astana, Atırau, Bakı, Kiyev, Donetsk, Daşkənd, Tbilisi və Minskdə yerləşən 18 ofisdə 3,500 peşəkar çalışır.

Daha ətraflı məlumatla www.ey.com ünvanında tanış ola bilərsiniz.

Ernst & Young Azərbaycanda

Ernst & Young 17 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə, o cümlədən banklara və digər maliyyə təşkilatlarına xidmət göstərən 120 işçi çalışır. Ernst & Young-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, Ernst & Young-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Xəbər lenti

Xəbər lenti