...

Bank of Baku əhaliyə kreditlər üzrə faiz dərəcələrinə güzəştlər təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2011 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

Azərbaycan bankı "Bank of Baku" Azərbaycan xalqını qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edir və yeni aksiyaya start verir. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Aksiya ərzində bank əhaliyə kredit dərəcələrində 2% endirim təklif edir. Bayram endirimləri istehlak kreditlərini əhatə edir (ipoteka, avtokreditlər və depozitlərlə bağlı kreditlər istisna olmaqla).

Bank of Baku-nun endirim aksiyası 1 iyun - 16 iyun tarixlərində gerçəkləşəcək.

Hazırda Bank of Baku geniş çeşiddə istehlak kreditlərini təqdim edir: nağd kredit, kompüter, mebel, məişət texnikası, mobil telefon, qızıl, təhsil, təmir, tibb, turizm krediti.

Bank of Baku-nun fəaliyyəti haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi - 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com veb-saytında və ya həmin saytda fəaliyyət göstərən "Onlayn-məsləhətçi" xidmətinə müraciət edərək əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti