...

Vergilər Nazirliyi hüquqi şəxslərin onlayn-qeydiyyatı xidmətinin tətbiqi üzrə işlərə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2011 15:54 (UTC +04:00)
Azərbaycanın Vergilər Nazirliyi hüquqi şəxslərin onlayn-qeydiyyatı xidmətinin tətbiqi üzrə işlərə başlayır.
Vergilər Nazirliyi hüquqi şəxslərin onlayn-qeydiyyatı xidmətinin tətbiqi üzrə işlərə başlayır

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycanın Vergilər Nazirliyi hüquqi şəxslərin onlayn-qeydiyyatı xidmətinin tətbiqi üzrə işlərə başlayır. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və Qeydiyyat İdarəsinin rəisi Nigar Alimova deyib.

"Hüquqi şəxslərin onlayn-qeydiyyatı prosesi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qeydiyyatından bir qədər mürəkkəbdir, ona görə də onun tətbiqinə hazırlıq müəyyən vaxt tələb edir", - Alimova bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər artıq aparılır.
İyulun 1-də Vergilər Nazirliyi ilk dəfə olaraq fiziki şəxslərin onlayn-qeydiyyatını həyata keçirib.

"Onlayn-qeydiyyatın tətbiqi sayəsində fiziki şəxslər istifadəçi kodu vasitəsilə uçota alınacaqlar. 18 yaşı tamam olan və şəxsiyyət vəsiqəsi alan istənilən Azərbaycan vətəndaşı onlayn rejimdə qeydiyyatdan keçə bilər", - Alimova əlavə edib.

Biznesin "bir pəncərə" vasitəsilə qeydiyyatı sisteminin tətbiqinə 2008-ci ilin əvvəlindən başlanıb və Vergilər Nazirliyi tərəfindən aparılır.

Xəbər lenti

Xəbər lenti