...

Avropanın aparıcı sığorta şirkətlərinin rəhbərləri II Azərbaycan Beynəlxalq Sığorta Forumunda iştirak etmək üçün Bakıya gələcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2011 17:04 (UTC +04:00)
Avropa və MDB-nin aparıcı sığorta və təkrar sığorta şirkətlərinin rəhbərləri II Azərbaycan Beynəlxalq Sığorta Forumunda iştirak etmək üçün Bakıya gələcəklər.
Avropanın aparıcı sığorta şirkətlərinin rəhbərləri II Azərbaycan Beynəlxalq Sığorta Forumunda iştirak etmək üçün Bakıya gələcəklər

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir A.Axundov/

Avropa və MDB-nin aparıcı sığorta və təkrar sığorta şirkətlərinin rəhbərləri II Azərbaycan Beynəlxalq Sığorta Forumunda iştirak etmək üçün Bakıya gələcəklər. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) çərşənbə axşamı yaydığı məlumatda deyilir.

7-8 iyul 2011-ci il tarixində keçiriləcək forumun təşkilatçıları Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycan Maliyyə Nazirliyidir.

"Challenge Group", "Unity Re", "Eurasia", "Best Re", "IngosStrakh", "Everest Advisors" UK Ltd., "Avrasiya Reinsurance Broker", "Brussels Broker de Asigurare SRL", "Kapital Insurance" JSL, "Societe de Courtage", "Pioneer Insurance and Reinsurance Brokers Pvt Ltd", "AVP Reinsurance", "Transsib Re", "MARSH" şirkətlərinin və başqa sığorta və təkrar sığorta şirkətlərinin rəhbərlərinin gələcəyi forumda Azərbaycanın sığorta elitası da iştirak edəcək.

"Azərbaycanın sığorta bazarının inkişaf perspektivləri" mövzusunda keçiriləcək forumun məqsədi ölkəmizin sığorta bazarında baş verən dəyişikliklər haqqında məlumat vermək və beynəlxalq sığorta xidmətləri bazarında inteqrasiya prosesini inkişaf etdirməkdir. İkinci dəfə keçiriləcək beynəlxalq tədbirdə dünya sığorta birliklərinin iştirakçılarının birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması, sığortaçıların iş görüşmələri və tərəfdaş münasibətlərinin genişləndirilməsi də planlaşdırılır.

Bakı Biznes Mərkəzində iki gün davam edəcək II Azərbaycan Beynəlxalq Sığorta Forumunun əsas mövzuları bunlardır: "İcbari sığorta", "Həyat sığortası" və "Banklar və onların sığorta bazarı ilə münasibətləri".

Forum zamanı aparılan müzakirələrdə dinamik və şaxələnən iqtisadi inkişaf tempi ilə irəliləyən Azərbaycanda əhalinin əmlakının artması, ölkənin maddi-texniki potensialının möhkəmlənməsi fonunda sığorta bazarının inkişafı üçün yaradılan əlverişli şərait də diqqət mərkəzində olacaq.

Foruma "AzRE" Təkrarsığorta Şirkəti və Beynəlxalq Sığorta Şirkəti baş sponsorluq, eləcə də "Qarant Sığorta" , "Atəşgah Sığorta" , "AXA MBASK", "Standard Insurance", "Azal Sığorta", "A Group Insurance Company", "Azərsığorta", "Başak İnam Sığorta" və "Azərbaycan Sənaye Sığorta" şirkətləri sponsorluq edirlər. "UNITRE", "Nexum Technologies" şirkətləri forumun xarici tərəfdaşlarıdır. "Synergy Partnership", "Media XPrimm", Rumıniyanın PR şirkəti, www.abc.az və www.gun.az portalları foruma informasiya dəstəyi, "RAN Tour" turizm şirkəti isə təşkilati dəstək verir.

Xəbər lenti

Xəbər lenti