...

Azərbaycan turistləri "Flydubai" aviaşirkətinin biletlərini daha asan yolla əldə elə biləcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2011 13:29 (UTC +04:00)
"Flydubai" və səyahətlər üzrə dünyamiqyaslı texnologiya təchizatçısı "Sabre Travel Network" şirkəti biletlərin bronlaşdırılması haqqında uzunmüddətli saziş imzalayıblar.
Azərbaycan turistləri "Flydubai" aviaşirkətinin biletlərini daha asan yolla əldə elə biləcəklər

Azərbaycan, Bakı, 12 iyul /Trend/

"Flydubai" və səyahətlər üzrə dünyamiqyaslı texnologiya təchizatçısı "Sabre Travel Network" şirkəti biletlərin bronlaşdırılması haqqında uzunmüddətli saziş imzalayıblar. Yaxın zamanlarda "Flydubai" aviaşirkətinin reyslərinə biletləri "Sabre" bronlaşdırma sisteminə qoşulan dünyanın 350 mindən artıq turizm agentliklərindən əldə etmək olacaq.

"İmzaladığımız saziş bizim sistemə qoşulmuş agentliklərin müştərilərinin seçim imkanlarını genişləndirəcək. Turizm operatorları şirkətimizin mükəmməl hesablama sistemi və geniş yardımçı xidmətləri ilə tanınan "Global" Bronlaşdırma Sisteminə (GDS) qoşularaq aviaşirkətin reyslərinə biletlərin mövcudluğu haqqında məlumatlara çıxış əldə edəcəklər", - müqavilənin imzalanmasını şərh edən "Sabre Travel Network" şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionlarındakı satış üzrə direktoru Xamiş Brum qeyd edib.

Eyni zamanda, "Flydubai" aviaşirkəti hava limanlarına texnologiya təchizatı sahəsində aparıcı "Sabre Airline Solutions" şirkəti tərəfindən işlənib hazırlanmış, reyslərin planlaşdırılması üçün texnologiya həllərinin istifadəsi haqqında sazişə imza atıb. "Sabre Airline Solutions" sistemləri sayəsində aviaşirkət hava donanmasının istifadəsini daha da təkmilləşdirəcək.

Sazişləri şərh edən "Flydubai" aviaşirkətinin baş meneceri Qeyt əl-Qeyt deyib: "İmzaladığmız sənədlər bizim Sabre şirkəti ilə əməkdaşlığımızın mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Sabre-nin "Global" Bronlaşdırma Sistemi vasitəsilə aviaşirkətimizin reyslərinə dünyanın hər bir yerindən bilet almaq mümkün olacaq, eyni zamanda, sərnişinlərimizə daha yüksək xidmət göstərmək imkanı yaranacaq".

Xəbər lenti

Xəbər lenti