...

Bakıda 5 yeni metrostansiya tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2011 17:04 (UTC +04:00)
2015-ci ilədək Bakı Metropoliteni 5 yeni stansiyanı istismara verməyi planlaşdırır.
Bakıda 5 yeni metrostansiya tikiləcək

Azərbaycan, Bakı, 14 iyul /Trend/

2015-ci ilədək Bakı Metropoliteni 5 yeni stansiyanı istismara verməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov "Respublika" qəzetinə müsahibəsində bildirib.

2011-ci ildən 2015-ci ilədək olan dövrdə cəmi altı metrostansiyanın istismara verilməsi planlaşdırılıb ki, onlardan biri də artıq fəaliyyət göstərən "Dərnəgül" stansiyasıdır.

Onun sözlərinə görə, metronin iki stansiyasının 2013-cü ilədək, qalan üçünün isə 2015-ci ilədək istismara verilməsi planlaşdırılır.

Əhmədovun sözlərinə görə, habelə, bu ilin avqust ayının 1-dək Fransanın "Systra" şirkəti Bakı Metropoliteninə "Avtovağzal" stansiyasından "Memar Əcəmi-2" stansiyasınadək xətlərin koordinatlarını verəcək.

Bakı Metropoliteninin 2030-cu ilədək əvvəllər təsdiqlənmiş inkişaf proqramı çərçivəsində metrostansiyaların sayı 79-a, istismar xətlərinin uzunluğu isə 119 kilometrə çatdırılacaq.

Hazırda Bakı Metropoliteninin stansiyalarının sayı 23-dür.

Xəbər lenti

Xəbər lenti