...

Azərbaycanın Milli Depozit Mərkəzi daha 8 şirkətlə əməkdaşlığa başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2011 13:08 (UTC +04:00)
İyulda Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) 8 müəssisə və kredit təşkilatları ilə reyestr və depozitin aparılması üzrə xidmətlərin göstərilməsi üçün saziş imzalayıb.
Azərbaycanın Milli Depozit Mərkəzi daha 8 şirkətlə əməkdaşlığa başlayıb

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir N.İsmayılova/

İyulda Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) 8 müəssisə və kredit təşkilatları ilə reyestr və depozitin aparılması üzrə xidmətlərin göstərilməsi üçün saziş imzalayıb. Trend-in məlumatına görə, bu barədə MDM-in cümə günü yaydığı məlumatda deyilir.

Onların arasında "Azərsu" ASC, "Ağdaş Avtomotoservis" ASC, AZENCO ASC, "Yevlax Elektrik Təmir Tikinti" ASC, "Naxçıvan Sənaye Kombinatı" ASC, "Mineral Sular" ASC, "Fəxri" QSC və "Azərbaycan Limited" müəssisələri var.

MDM 1997-ci il sentyabrın 18-də yaradılıb. Mərkəzin təsisçisi və bütün səhm zərfinin mülkiyyətçisi kimi Azərbaycan Dövlət Əmlak Komitəsi çıxış edirdi. QKDK-nın yaradılmasından sonra MDM onun ixtiyarına verilib. Bununla əlaqədar olaraq MDM QKDK tərəfindən 1999-cu ilin 8 sentyabrında yenidən təsis olunub və 1999-cu il sentyabrın 17-də dövlət qeydiyyatından keçib.

Xəbər lenti

Xəbər lenti