...

Azərbaycanda daha bir keyfiyyətsiz dondurma istehsalçısı aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2011 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı şəhəri, Xətai rayonunda yerləşən "Qələbə" Əlillər Cəmiyyətinə məxsus istehsal müəssisəsində aparılan yoxlama zamanı dondurmanın istehsal prosesində pozuntular aşkarlayıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

Yoxlama zamanı südlü dondurmaların müvafiq gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi, dondurmaların etiketində məhsulun istehsalında istinad olunan normativ sənədin nömrəsinin göstərilmədiyi və məhsulun tərkibi haqqında yanlış məlumat verildiyi, habelə istehsal edilən məhsulların keyfiyyət və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi üçün müvafiq laboratoriyanın olmadığı və dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarıldığı müəyyən olunub.

Müəssisədə istehsal edilən hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Cəmiyyətə ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti