...

Parabank-dan müştərilərinə güzəştli "YAY" kampaniyası

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2011 12:00 (UTC +04:00)
Parabank öz müştərilərinə yeni imkanlar yaratmaqda davam edir.
Parabank-dan müştərilərinə güzəştli "YAY" kampaniyası

Parabank öz müştərilərinə yeni imkanlar yaratmaqda davam edir. Parabank əmanətçilərinə kreditdən sərfəli qaydada faydalanması üçün yeni "YAY" kampaniyası keçirir.

Bu kampaniya çərçivəsində bankın əmanətçilərinə onların əmanətlərinin girov təminatı müqabilində kreditlərin rəsmiləşdirilməsi üzrə faiz dərəcəsi, yerləşdirilmiş əmanətlərin qoyulduğu faiz dərəcəsinə 3 faiz əlavə olunaraq kredit verilir. Kampaniya sentyabr ayının 1-dək qüvvədədir. Qeyd etmək istərdi ki, Parabank öz müştərilərinə tələbə təhsilinin ödənişi üçün verilən kredit, Vətənpərvər krediti, Peşəkar krediti, avtokreditlər, lombard kreditləri, istehlak kreditləri, təmir-tikinti üçün kreditlər, istehsalın inkişafı üçün verilən kreditlər, qrup kreditlərı (dövlət və özəl müəssələrin işçilərinə)və həmçinin Parabank 2003-cü ildən üzvü olan Alma-Azərbaycan Fondunun hesabına aqrar sektora girovsuz kreditlər təklif edir.

Əlavə məlumat üçün Parabankın -139 məlumat mərkəzinə müraciət edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti