...

Azərbaycan investorları Belarusda özəlləşdirmədə iştiraka dəvət olunurlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2011 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycan investorları Belarus İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Belneftexim" konserni ilə birgə hazırlanan Belarus müəssisələrinin özəlləşdirilməsi layihəsində iştiraka dəvət olunurlar. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında dərc edilən məlumatda deyilir.

Layihədə Belarusun ağır sənayesi, kənd təsərrüfatı, yeyinti sənayesi, nəqliyyat və kommunikasiya, energetika, yüngül sənaye, ticarət, meşə sənayesi, neft-kimya, tikinti və arxitektura, təbii ehtiyatlar və ətraf mühitin mühafizəsi müəssisələrinin, həmçinin bir neçə bankların özəlləşdirilməsində Azərbaycan investorlarının iştirakı təklif olunur.

Ətraflı məlumat əldə etmək üçün Belarusun Azərbaycandakı səfirliyinə müraciət etmək lazımdır:

AZ1069, Bakı şəh, K.Hüseyn küç. 64,
tel: 994 12 436 46 38
faks: 994 12 436 46 37
e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti