...

Azərbaycanda sığorta şirkətinin lisenziyasının qüvvəsi dayandırıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2011 12:16 (UTC +04:00)
Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən "Fidan Sığorta" ASC-nin lisenziyasının qüvvəsi dayandırılıb.
Azərbaycanda sığorta şirkətinin lisenziyasının qüvvəsi dayandırıldı

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir A.Axundov/

Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) tərəfindən "Fidan Sığorta" ASC-nin lisenziyasının qüvvəsi dayandırılıb. Trend-in məlumatına görə, bu barədə Xidmətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, bu qərar sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunmasının təmin edilməsi barədə dövlət sığorta nəzarəti orqanı tərəfindən verilən təqdimatları icra etməməsi ilə əlaqədar qəbul edilib.

"Fidan Sığorta" şirkəti bir hüquqi və iki fiziki şəxs tərəfindən təsis olunub, 1994-cü ildən ölkədə fəaliyyət göstərir. Şirkətin ödənilmiş nizamnamə kapitalı 2,26 milyon manat təşkil edir.

Avqstun 22-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti