...

Azərbaycanda dondurma istehsalçısı cərimə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2011 17:00 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dondurma istehsalçısı - "RAH-96" şirkətinə 6,6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edib.
Azərbaycanda dondurma istehsalçısı cərimə olunub

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dondurma istehsalçısı - "RAH-96" şirkətinə 6,6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən sexdə aparılan yoxlama zamanı südlü və plombir dondurmaların laborator müayinədən keçirilmədən satılması, dondurmaların etiketlərində məhsulun qida və enerji dəyərinin resepturada müəyyən edilmiş həddən artıq göstərilməsi, habelə dondurma istehsalı zamanı təbii süddən istifadə edilmədiyi halda plombir dondurmaların etiketlərində məhsulun tərkibində təbii südün olmasının göstərilməsi aşkar olunub.

Avqustun 24-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti