...

Asiya İnkişaf Bankı "DəmirBank" üçün bərpa olunan kredit limitini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2011 16:14 (UTC +04:00)
Asiya İnkişaf Bankı 2010-cu ilin aprel ayında "DəmirBank" ilə imzaladığı müqavilə üzrə ayrılan bərpa olunan kredit limitini 2 milyon dollara çatdırıb.
Asiya İnkişaf Bankı "DəmirBank" üçün bərpa olunan kredit limitini artırıb

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Asiya İnkişaf Bankı (AİB) 2010-cu ilin aprel ayında "DəmirBank" ilə imzaladığı müqavilə üzrə ayrılan bərpa olunan kredit limitini 2 milyon ABŞ dollarına çatdırıb. Trend-in məlumatına görə, bu barədə DəmirBank-ın şənbə günü yaydığı məlumatda deyilir. Ayrılan vəsait idxal-ixrac əməliyyatlarının maliyyələşməsinə yönəldilir.

Beləliklə, 2010-cu ilin aprel ayında Asiya İnkişaf Bankı ilə imzalanan müqavilənin ümumi məbləği 5,5 milyon dollaradək artırılıb. Müqavilə üzrə ayrılan 3,5 milyon dollar beynəlxalq ticarətin maliyyələşməsi üzrə zəmanətlərin verilməsini, 2 milyon dollar isə müştərilərin idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi üçün bərpa olunan kreditin verilməsini nəzərdə tutur.

"DəmirBank" kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Niderland İnkişaf Maliyyə Şirkəti (FMO), Qara dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.

Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı "Azərdəmiryolbank") 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti daxildir.

Xəbər lenti

Xəbər lenti