...

Azərbaycanda dondurma istehsalçısına maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2011 19:20 (UTC +04:00)
Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə İlham Məmmədova 1,2 min manat maliyyə sanksiyası tətbiq edilib.
Azərbaycanda dondurma istehsalçısına maliyyə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə İlham Məmmədova 1,2 min manat maliyyə sanksiyası tətbiq edilib. Bu barədə cümə axşamı Trend-ə nazirlikdən məlumat verilib.

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, ev 409 ünvanında İlham Məmmədova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı dondurmaların müvafiq reseptura və gigiyenik sertifikatları olmadan istehsal edilməsi, etiketlərində məhsulun qida və enerji dəyəri haqqında məlumatların göstərilməməsi, habelə istehsal edilən məhsulların keyfiyyət və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi üçün müvafiq laboratoriyanın olmaması və dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarılması səbəbindən bu sahibkar barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.

Xəbər lenti

Xəbər lenti