...

Bakida MDB və Baltikyanı ölkələrin dəmir yolları müdiriyyətlərinin səlahiyyətli nümayəndələrinin müşavirəsi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2011 16:09 (UTC +04:00)
MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 54-cü iclasının protokoluna uyğun olaraq, sentyabrın 6-dan 9-dək Bakıda dəmir yolları müdiriyyətlərinin səlahiyyətli nümayəndələrinin müşavirəsi keçiriləcək.
Bakida MDB və Baltikyanı ölkələrin dəmir yolları müdiriyyətlərinin səlahiyyətli nümayəndələrinin müşavirəsi keçiriləcək

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 54-cü iclasının protokoluna uyğun olaraq, sentyabrın 6-dan 9-dək Bakıda dəmir yolları müdiriyyətlərinin səlahiyyətli nümayəndələrinin müşavirəsi keçiriləcək. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin cümə günü yaydığı məlumatda deyilir.

Tədbirin gündəliyinə aşağıdakı məsələlər daxildir: 2012-2013-cü illər üçün qatarların hərəkət cədvəlinin müzakirəsi və təsdiq edilməsi; Şuranın 55-ci iclasında təsdiq olunacaq beynəlxalq sərnişin qatarları, o cümlədən beynəlxalq yollarda hərəkət edən şəhərətrafı və qoşma vaqonlar üzrə layihə külliyatının hazırlanması; Beynəlxalq sərnişin qatarlarında ehtiyat yerlərin sifariş edilməsi müddətinin 45 sutkadan 60 sutkayadən uzadılmasına dair dəmir yolu administrasiyalarının təklifinin müzakirəsi; Sərnişin təsərrüfatı Komissiyası sədrinin "Birbaşa beynəlxalq dəmir yolu marşrutlarının idarə olunması Qaydaları"na dəyişiklik edilməsi təklifinin müzakirəsi; Sərnişin qatarlarının nömrələnməsi işində dəyişiklərin məqsədəuyğunluğu haqqında; Sərnişin daşımaları sahəsində digər məsələlrin müzakirəsi haqqında.

Səlahiyyətli nümayəndələrin iclasında sərnişin qatarlarında gediş sənədlərinin satışı texnologiyasının dəyişdirilməsi, marşrutların idarə olunması, qatarların nömrələrinin dəyişdirilməsi qaydalarının, göstərilən məsələlərin müzakirəsi vaxtının qısaldılması sahəsində əlavə məsələlərin müzakirə edilməsi də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti