...

MDB dövlət başçıları azad ticarət zonalarının formalaşmasının başa çatmasına ehtiyac görürlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2011 16:03 (UTC +04:00)
MDB dövlət başçıları Birliyin fəaliyyətinin 20 illiyinə yekun vuran bəyanatında azad ticarət zonalarının formalaşmasının başa çatdırılmasının zərurliyini qeyd ediblər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.
MDB dövlət başçıları azad ticarət zonalarının formalaşmasının başa çatmasına ehtiyac görürlər

Azərbaycan, Bakı, 3 sentyabr / Trend /

MDB dövlət başçıları Birliyin fəaliyyətinin 20 illiyinə yekun vuran bəyanatında azad ticarət zonalarının formalaşmasının başa çatdırılmasının zərurliyini qeyd ediblər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

"Daxili ticarət həcmlərinin davamlı inkişafını qeyd edərək MDB iştirakçısı olan dövlətlər 2020-ci ilədək olan dövrdə MDB-nin iqtisadi inkişafı strategiyası iqtisadi əməkdaşlığın təkmilləşdirilməsinə və dərinləşdirilməsinə cəhd edirlər ", şənbə günü MDB iştirakçısı olan dövlətlərin başçıları Şurasının iclasının keçirildiyi Düşənbədə qəbul edilmiş bəyanatda deyilir.

Sənəddə qqeyd olunur ki, bu mərhələdə əsas vəzifə azad ticarət zonalarının formalaşmasının başa çatdırılmasıdır. Dövlət başçıları həmçinin iqtisadiyyatların gələcəkdə modernləşdiriləcəyinə, sıx innovasiya əməkdaşlığına, ərzaq təhlükəsizliyinin təmin olunmasında qarşılıqlı fəaliyyətə, dövlətlərin enerji imkanlarından maksimum səmərəli istifadəyə əmindirlər.

Azad ticarət zonaları haqqında müqavilə 2008-ci Rusiyanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanıb və MDB İcraiyyə Komitəsinə təqdim edilib. Həmin vaxtdan keçən müddət ərzində yaradılan xüsusi işçi qrup çərçivəsində silsilə danışıqlar aparılıb və həmin danışıqların gedişində maraqlı dövlətlərin təklif və iradlarına baxılıb və onlar nəzərə alınıb. Bu ilin fevralında işçi qrup müqavilənin layihəsinin mətnini və ona edilmiş bəzi əlavələri razılaşdırılmış hesab etməyi qərara alıb. Daxil olan təkliflərə müvafiq olaraq dəqiqləşdirilmiş sənəd layihəsibu ilin martında keçirilən MDB İqtisadi Şurası yanında komissiyanın iclasında bəyənilib.

Hazırlanmış sənəd MDB məkanında ticarətin tammiqyaslı liberallaşdırılması üçün vahid, müasir tələblərə cavab verən müqavilə bazasının formalaşmasına yönəlib. Yeni sənəd çərçivəsində azad ticarət rejimindən barəsində idxal rüsumları tətbiq edilən müsadirələrin minimuma endiriləcəyi ehtimal olunur. Gələcək müqavilə çərçivəsində ixrac rüsumlarının müəyyən edilməsi planlaşdırılır, ondan sonra isə onların mərhələli şəkildə ləğv edilməsi üzrə danışıqlara başlanması qüvvəyə minəcək.

Hazırda MDB ölkələri arasında 1994-cü ildə imzalanan və 1999-cu ildə düzəlişlərin edildiyi azad ticarət rejimi haqqında saziş, eləcə də Birlik ölkələri arasında 100-ə yaxın ikitərəfli saziş mövcuddur. Bu sənədlərin əksəriyyəti bir-birilə, eləcə də Ümumdünya Ticarət Təşkilatının normaları ilə ziddiyyət təşkil edir.

Mayın 19-da MDB ölkələrinin hökumət başçıları Şurasının iclasında sazişin imzalanması üçün üçüncü rüb ərzində bu məsələ üzrə MDB ölkələrinin mövqelərinin yaxınlaşdırılması barədə tapşırıq verilib. Çünki ölkələr 2012-ci ilə tam aydın tarif siyasəti, rüsum və s. məsələlərlə, sosial-iqtisadi inkişaf proqnozları, büdcə ilə daxil olmalıdırlar.

AvarAzİƏ təşkilatının baş katibinin müavini, Gömrük İttifaqı komissiyasının məsul katibi Sergey Qlazyev bir az əvvəl bəyan edib ki, MDB-də azad ticarət zonaları 2011-ci ilin sonunadək fəaliyyətə başlaya bilər.

Azad ticarət zonalarının yaradılması bu müqaviləni imzalamayan ölkələrin sonradan ona bu sənəddə göstərilən baza prinsipləri əsasında qoşulmalarını nəzərdə tutur.

Milli istehsalçıların dəstəklənməsi mexanizmləri, əlverişli ticarət rejiminin yaradılması eyni zamanda əsassız proteksionizmdən xilas olmağı, eləcə də MDB çərçivəsindəı ticarət şərtlərinin tədricən ÜTT-nın şərtlərinə yaxınlaşmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti