...

Azərbaycan əhalisi malların istehlakını 10 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2011 17:32 (UTC +04:00)
2011-ci ilin səkkiz ayı ərzində ticarət şəbəkəsindən əhaliyə 10,2 milyard manat məbləğində və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz çox istehlak malları satılıb.
Azərbaycan əhalisi malların istehlakını 10 faiz artırıb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda 2011-ci ilin səkkiz ayı ərzində ticarət şəbəkəsindən əhaliyə 10,2 milyard manat məbləğində və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz çox istehlak malları satılıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

İstehlak mallarının 9,9 milyard manatı pərakəndə ticarət, 320,6 milyon manatı iaşə şəbəkələrində realizə olunub. Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 60,7 faizi ərzaq məhsullarının, 39,3 faizi isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Səkkiz ay ərzində xidmət şəbəkələri vasitəsilə əhaliyə 3,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz çox pullu xidmətlər göstərilib.

Sentyabrın 9-na olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti