...

Azərbaycanda gömrük tariflərinə yenidən baxılması gözlənilmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2011 10:21 (UTC +04:00)
Gələn il Azərbaycanda gömrük tariflərinə yenidən baxılması gözlənilmir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev deyib.
Azərbaycanda gömrük tariflərinə yenidən baxılması gözlənilmir

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir A.Abbasov/

Gələn il Azərbaycanda gömrük tariflərinə yenidən baxılması gözlənilmir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev deyib.

"Gələn il gömrük tariflərinə yenidən baxılması ilə bağlı hazırda heç bir məsələ müzakirə olunmur", - Əliyev deyib.

Onun sözlərinə görə, DGK gələn il dövlət büdcəsinə daxilolmaların həcminin proqnozlaşdırılması üzrə işlərə başlayıb.

"Komitə gələn il üçün dövlət büdcəsinə daxilolmaların həcminin proqnozlaşdırılması üzrə işlərin ilkin mərhələsindədir", - Əliyev bildirib.

2011-ci il üzrə DGK xətti ilə daxilolmalar 1,14 milyard manat məbləğində proqnozlaşdırılıb.

Ötən il DGK proqnozu 100,16 faiz yerinə yetirərək dövlət büdcəsinə planlaşdırılan 1,1 milyard manata qarşı 1 milyard 101,73 milyon manat vəsait köçürüb.

Xəbər lenti

Xəbər lenti