...

Gürcüstan dövlət şirkətlərinin səhmlərinin nəzarət paketini satmayacaq - Nika Qilauri

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2011 18:33 (UTC +04:00)
Gürcüstan hökuməti nə indi, nə də gələcəkdə dövlət şirkətlərinin səhmlərinin nəzarət paketinin satmaq niyyətində deyil.
Gürcüstan dövlət şirkətlərinin səhmlərinin nəzarət paketini satmayacaq - Nika Qilauri

Gürcüstan, Tbilisi, 14 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan hökuməti nə indi, nə də gələcəkdə dövlət şirkətlərinin səhmlərinin nəzarət paketinin satmaq niyyətində deyil. Trend-in məlumatına görə, bu barədə baş nazir Nika Qilauri hökumətin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, hökumətin məqsədi beynəlxalq birjalarda strateji şirkətlərin səhmlərinin yalnız 20, 30, maksimum 49 faizini yerləşdirməkdir. Buna görə də həmin şirkətlərin menecmentlərini yenə də hökumət idarə edəcək.

"Bu tranzaksiya nəticəsində əlavə iş yerlərinin açılması, yüz milyonlarla dolların cəlb edilməsi və iqtisadi yüksəlişin təmini mümkün olacaq. Bu, adi tranzaksiyadır. Bir çox ölkələr bu yolu keçiblər və bir çox ölkənin dövlət şirkətlərinin səhmləri bu günədək birjalarda yerləşdirilib. Hökumət beynəlxalq birjalardakı vəziyyəti aktiv şəkildə izləyir. Bu mərhələdə o qədər də əlverişli vəziyyət müşahidə edilmir, ona görə də tranzaksiyanın dəqiq tarixi məlum deyil", - Qilauri deyib.

Onun sözlərinə görə, hökumət bu məsələ ilə bağlı Beynəlxalq İnvestisiya Bankı ilə məsləhətləşmələr aparır və beynəlxalq ekspertlərin rəyinə görə, bu ilin ən yaxşı tranzaksiyalarından biri Gürcüstanın buraxdığı avroistiqrazlardır.

Gürcüstan hökuməti birjalara "Gürcüstan Dövlət Elektrik Sistemi", Gürcüstan Neft və Qaz Korporosiyası, "Gürcüstan Dəmir Yolları" kimi müəssisələrin aksiyalarını çıxarmaq istəyir.

Xəbər lenti

Xəbər lenti