Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir A.Axundov/
Azərbaycandakı iri müəssisələrin beynəlxalq mühasibat uçotu standartlarına keçməsi yaxın vaxtların məsələsidir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ölkənin Auditorlar Palatasının rəhbəri Vahid Novruzov bildirib.
"Başda Maliyyə Nazirliyi olmaqla, dövlət strukturları bununla əlaqədar bütün zəruri tədbirləri görürlər", - Novruzov bildirib.
Bugünədək mühasibat uçotunun beynəlxalq standartlarına iri dövlət müəssisələrindən ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) keçib.
Cümə günü Bakıda mühasib və auditorların III Avrasiya Forumu öz işinə başlayıb.
"Bu forumun keçirilməsi Azərbaycanda, eləcə də xaricdə toplanmış təcrübənin mübadilə edilməsinə imkan yaradacaq", - Novruzov deyib.
Bu gün ölkənin Auditorlar Palatasının üzvlərinin sayı 250 fiziki və 50-dən çox hüquqi şəxsdir.