...

Azərbaycanda ipoteka istiqrazlarının üçüncü emissiyasının yerləşdirilməsi başa çatır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2011 18:50 (UTC +04:00)
Azərbaycan İpoteka Fondunun (AİF) faizli, sənədsiz, təmin olunmuş, adlı istiqrazlarının üç milyon manatlıq son hissəsinin yerləşdirilməsi üçün hərrac keçiriləcək.
Azərbaycanda ipoteka istiqrazlarının üçüncü emissiyasının yerləşdirilməsi başa çatır

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir N.İsmayılova/

Sentyabrın 22-də Azərbaycan Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondunun (AİF) faizli, sənədsiz, təmin olunmuş, adlı istiqrazlarının üç milyon manatlıq son hissəsinin yerləşdirilməsi üçün hərrac keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının çərşənbə günü yaydığı məlumatda deyilir.

"Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək. İstiqrazlar 100,5667% qiymətlə satışa çıxarılacaq", - məlumatda bildirilir.

İstiqrazların ödənmə tarixi - 11 dekabr 2017-ci ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Respublikası Mərkəzi Bankıdır.

Yerləşdirmə hər birinin nominal dəyəri 1000 manat olan 60 milyon manatlıq faizli, sənədsiz, təmin olunmuş, adlı istiqrazların üçüncü emissiyasından həyata keçirilir. Sənədlər üzrə gəlir üç faiz təşkil edir. Bu emissiyanın yerləşdirilməsi yanvarın 17-də başlanıb və bu günədək 57 milyon manatlıq istiqraz satılıb.

Sentyabrın 20-nə olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti