...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2011 13:11 (UTC +04:00)
Mərkəzi Bank (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) azalıb.
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) azalıb. Ötən həftə orta məzənnə 0,78688 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

19 sentyabr

0,7867

26 sentyabr

0,7869

20 sentyabr

0,7866

27 sentyabr

0,7869

21 sentyabr

0,7866

28 sentyabr

0,7869

22 sentyabr

0,7868

29 sentyabr

0,7868

23 sentyabr

0,7868

30 sentyabr

0,7869

Həftə ərzində orta

0,7867

Həftə ərzində orta

0,78688

Həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,7863 manat səviyyəsində dəyişməz qalıb.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmə həyata keçirilib (T+0): sentyabrın 26-da 0,7863 AZN/USD məzənnə ilə $1,699 mln, sentyabrın 27-də 0,7863 AZN/USD məzənnə ilə $1,948 mln, sentyabrın 28-də 0,7863 AZN/USD məzənnə ilə $0,928 mln, sentyabrın 29-da 0,7863 AZN/USD məzənnə ilə $2,459 mln, sentyabrın 30-da 0,7863 AZN/USD məzənnə ilə $1,303 mln.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

19 sentyabr

0,7863

26 sentyabr

0,7863

20 sentyabr

0,7863

27 sentyabr

0,7863

21 sentyabr

0,7863

28 sentyabr

0,7863

22 sentyabr

0,7863

29 sentyabr

0,7863

23 sentyabr

0,7863

30 sentyabr

0,7863

Həftə ərzində orta

0,7863

Həftə ərzində orta

0,7863

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti