...

TRACECA-nın milli katibləri Tbilisidə görüşəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2011 20:55 (UTC +04:00)
Sabah Tbilisidə TRACECA-nın hökumətlərarası komissiyasının daimi katibliyinin iclası keçiriləcək.
TRACECA-nın milli katibləri Tbilisidə görüşəcəklər

Trend-i buradan izləyin

Gürcüstan, Tbilisi, 5 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Sabah Tbilisidə TRACECA-nın hökumətlərarası komissiyasının daimi katibliyinin iclası keçiriləcək. Bu barədə çərşənbə günü Trend-ə Gürcüstanın İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Görüşdə TRACECA-nın 13 üzv ölkəsinin milli katibləri iştirak edəcəklər. Görüşü daimi katibliyin baş katibi Eduard Biryukov açacaq.

Görüşdə TRACECA proqramları çərçivəsində olan layihələrin həyata keçirilməsi məsələləri müzakirə ediləcək.

Bu görüşlə paralel olaraq TRACECA nəqliyyat dəhlizinin rəqabətə davamlılığının artırılması üzrə işçi qrupunun iclası keçiriləcək.

Görüşdə TRACECA üzv ölkələrinin nəqliyyat, dəmiryol, liman idarələrinin təmsilçiləri də iştirak edəcəklər.

İclasın əsas mövzusu TRACECA-nın vahid tarif siyasətinin işlənməsi və dəhlizin rəqabətə davamlılığının artırılması olacaq.

TRACECA AŞ qonşu ölkələrlə münasibətdə reallaşdırdığı nəqliiyatla bağlı ən böyük təşəbbüslərdən biridir.

1993-cu ildən indiyə qədər dəhlizin üzv-ölkələrində 600-dən çox texniki yardım və 14 investisiya layihəsi həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti